#Ölkə

Azərbaycanda “Aviasiya haqqında” qanun dəyişib

Prezident İlham Əliyev Milli Məclisin iyulun 14-də qəbul etdiyi “Aviasiya haqqında” qanunda dəyişiklik edilməsi haqqında qanunu təsdiqləyib.

Xəbər Experti xəbər verir ki, dəyişikliyə əsasən, hava məkanından istifadə və uçuş qaydaları ilə yanaşı, çox yüngül uçuş aparatlarının hava məkanından istifadə və uçuş qaydalarını da müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edəcək.

Leave a comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir