Təcili tibbi yardım maşını aşdı. 4 nəfər xəsarət aldı.
Naxçıvan şəhərinin Əziz Əliyev küçəsində ağır avtomobil qəzası qeydə alınıb.
Hadisə vaxtı “Mercedes” markalı təcili tibbi yardım maşını ilə “Chery” markalı minik avtomobili toqquşub. Zərbənin gücündən təcili yardım maşını yola çevrilib. Avtomobil qəzası nəticəsində təcili tibbi yardım nəqliyyatında olan 3 nəfər və digər maşının sürücüsü müxtəlif dərəcəli xəsarətlər alıblar.
Yaralılar dərhal Naxçıvan Muxtar Respublika Xəstəxanasına çatdırılaraq həkim nəzarətinə götürülüblər.
#azərtac










