#Dünya

Siciliyada meşə yanğını – 1 ölü

İtaliyanın Siciliya adasında təxminən 6000 yanğınsöndürən və mülki müdafiə heyəti alovlarla mübarizə aparır.

Xəbər Experti xarici KİV-ə istinadən xəbər verir ki, Aqrigento yaxınlığındakı Santo Stefano di Quisquina şəhəri üçün təhlükə yaradan meşə yanğını səbəbindən ehtiyat tədbiri olaraq 100-dən çox insan evlərindən təxliyə edilib.

Yanğınla mübarizə zamanı San Kataldo şəhərində 59 yaşlı yanğınsöndürən həlak olub.

Siciliyadan əlavə, Kalabriya, Molise bölgəsində, həmçinin Sardiniya, Apuliya, Umbriya və Toskanada da meşə yanğınları davam edir.

Siciliyada meşə yanğını – 1 ölü

Sabahın hava proqnozu

Leave a comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir