#Futbol

“Qarabağ” – SSKA oyunu heç-heçə yekunlaşdı

Bu gün UEFA Avropa Liqasında 2-ci təsnifat mərhələsinin ilk oyunları başlayıb.

Azərbaycan təmsilçisi “Qarabağ” da meydana çıxıb.

Qurban Qurbanovun komandası Bakıda Bolqarıstanın SSKA klubunu qəbul edib. Oyun heç-heçə yekunlaşıb – 0:0.

Komandalar iyulun 30-da Sofiyada cavab matçına çıxacaqlar.

Qeyd edək ki, bu cütün qalibi 3-cü mərhələdə  “Şerif” (Moldova) – “Makkabi” (Tel-Əviv, İsrail) cütünün qalibi ilə qarşılaşacaq.

23 iyul

UEFA Avropa Liqası

2-ci təsnifat mərhələsinin ilk oyunu

20:00.”Qarabağ” (Azərbaycan) – SSKA (Bolqarıstan) – 0:0 

Baş hakim: Daniele Çiffi (İtaliya)

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

Leave a comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir