#Dünya

Hindistanda daşqınlarda ölənlərin sayı 41-ə çatıb

Hindistanın Assam əyalətində şiddətli yağışların yaratdığı daşqınlarda ölənlərin sayı artıb. 

Xəbər Experti xəbər verir ki, Hindistan mediası son 24 saat ərzində Assamın şimal-şərqindəki daşqınlar səbəbindən daha 10 nəfərin öldüyünü yazıb.

Bununla da, Assam əyalətində daşqınlarda ölənlərin sayı 41-ə çatıb.

Bildirilib ki, Hindistan ordusu da ştatda davam edən axtarış-xilasetmə işlərinə dəstək verir.

Leave a comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir