#Dünya

Britaniyanın yeni XİN başçısı ilk telefon danışığını ukraynalı həmkarı ilə aparıb

Böyük Britaniyanın yeni xarici işlər naziri Ed Miliband ilk beynəlxalq telefon danışığını Ukraynanın xarici işlər naziri vəzifəsini icra edən Andrey Sibiqa ilə keçirib.

Xəbər Experti xəbər verir ki, bu barədə XİN başçısı Miliband “X” hesabında yazıb.

Tərəflər Böyük Britaniyanın Ukraynaya dəstəyini müzakirə ediblər. Söhbət zamanı Britaniya naziri Londonun Kiyevə yardım göstərməklə bağlı dəyişməz kursunu təsdiqləyib. 

Miliband 20 iyulda xarici işlər naziri təyin edilib.

Leave a comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir