#Dünya

ABŞ vitse-prezidentinin dördüncü övladı dünyaya gəldi

ABŞ vitse-prezidenti Ceyms Vens dördüncü dəfə ata olub.

Xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Vens sosial şəbəkə hesabında paylaşım edib.

Vitse-prezident həyat yoldaşı Uşa Venslə yeni doğulan oğlan uşağına Alek Nil Vens adını verdiklərini də bildirib.

Qeyd edək ki, Ceyms Vens hind əsilli Uşa ilə 2014-cü ildə evlənib. Bu izdivacdan daha əvvəl cütlüyün 2 oğlu, 1 qızı dünyaya gəlib.

Leave a comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir