Azərbaycan Premyer Liqasında yeni mövsümün püşkü atıldı
Bu gün Azərbaycan Premyer Liqasında 2026/2027 mövsümünün püşkatma mərasimi keçirilib.
Xəbər Experti xəbər verir ki, 12 komandanın iştirak edəcəyi yarış 3 dövrədən ibarət olacaq.
Tədbirdə əvvəlcə 1 və 2-ci dövrələrin, daha sonra isə 3-cü dövrənin püşkü atılıb
Yeni mövsümü startı isə avqustun 14-də olacaq.
Püşkün nəticəsinə əsasən, ilk turda aşağıdakı komandalar üz-üzə gələcək:
“Turan Tovuz” – ”Qəbələ”
“Araz-Naxçıvan” – “İmişli”
“Kəpəz” – “Sabah”
“Şamaxı” – “Qarabağ”
“Sumqayıt” – Neftçi”
“Zirə” – “Şəfa”
Qeyd edək ki, Azərbaycan Premyer Liqasının son qalibi “Sabah”dır.










