#Futbol

“Kəpəz”dən bu yayın ilk transferi

“Kəpəz” yeni mövsüm üçün ilk transferini rəsmiləşdirib.

Xəbər Experti xəbər verir ki, bu barədə klub məlumat yayıb. Gəncə təmsilçisi Rojerio Santosu heyətinə qatıb. Qapıçı ilə 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Portuqaliyalı qolkiper son olaraq İsrailin “İroni Tiberias” klubunda çıxış edib. “Braqa”nın yetirməsi olan 26 yaşlı qapıçı 2024-2025-ci illər mövsümündə də “sarı-göylər”in formasını geyinib. Rojerio Portuqaliyanın aşağı yaş qrupları üzrə milli komandalarının üzvü olub.

Leave a comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir