Qubada 16 yaşlı yeniyetmə kanalda batıb
Qubada kanalda batan yeniyetmənin axtarışlarına başlanılıb
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar xəttinə Quba rayonunun Vəlvələ kəndi ərazisindən keçən Samur-Abşeron kanalında bir nəfərin boğulması ilə bağlı həyəcanlı siqnal daxil olub.
Hadisə ilə əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasedici və dalğıc qrupları əraziyə cəlb edilib. Verilən məlumata görə, hazırda kanalda batdığı ehtimal olunan 2010-cu il təvəllüdlü Osmanov Fərid Paşa oğlunun tapılması istiqamətində intensiv axtarış tədbirləri həyata keçirilir.
Hadisənin təfərrüatları barədə əlavə məlumat təqdim olunacaq.










