#Futbol

FİFA milyonlar qazanacaq – Qazon satışından

FİFA 2026-cı il dünya çempionatının finalının keçiriləcəyi stadionunun meydança örtüyünün hissələrini satışa çıxaracaq.

Xəbər Experti xarici mediaya istinadən xəbər verir ki, Nyu-Cersidə yerləşən “MetLife” stadionunun ot örtüyündən götürüləcək kiçik parçalar xüsusi formada hazırlanaraq onlayn satışa təqdim ediləcək. Məhsulların qiyməti 450 dollardan başlayaraq 3000 dollara qədər dəyişəcək.

Ot hissələri şəffaf qətranın içərisində qorunacaq. Onlar yalnız ABŞ, Böyük Britaniya və Avropa ölkələrindəki alıcılara göndəriləcək.

Hər bir eksponatın üzərində DÇ-2026-nın loqosu, finalın keçirildiyi tarix və məkan, həmçinin matçın hesabı qeyd olunacaq. Dəstə əlavə olaraq həqiqiliyini təsdiqləyən sertifikatın yerləşdirildiyi fləşkart da daxil ediləcək.

450, 900, 1200 və 3000 dollarlıq dörd müxtəlif variant hazırlanacaq. Hər model cəmi 2026 nüsxə ilə məhdudlaşdırılıb.

Qeyd edək ki, satışdan FİFA-nın ümumilikdə 11,2 milyon dollar gəlir əldə edəcəyi gözlənilir.

FİFA milyonlar qazanacaq – Qazon satışından

Fransa millisinə şad xəbər

Leave a comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir