#Dünya

Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır

Türkiyənin ilk dəfə ev sahibliyi etdiyi, iqlim dəyişikliyi ilə mübarizədə dünyanın ən önəmli qurumu olan Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 31-ci Tərəflər Konfransı (COP31) Antalyada bu gün öz işinə başlayır.

Xəbər Experti xəbər verir ki, Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi Nazirliyinin məlumatına görə, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına üzv olan 196 ölkənin və Avropa İttifaqı rəsmilərinin qatılacağı 12 günlük tədbir üçün hazırlıq işləri başa çatıb.

Bu çərçivədə, 11-12 noyabrda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ev sahibliyi ilə Mavi Zonada Liderlər Zirvəsi keçiriləcək.

Leave a comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir