BMT-də Mərakeş Saharasına dair tarixi qətnaməni dəstəkləyən sənəd qəbul edilib
BMT Baş Assambleyasının Dördüncü Komitəsi Mərakeş Saharası ilə bağlı illik qətnamə qəbul edib.
Xəbər Experti Mərakeş mediasına istinadən xəbər verir ki, sənədin lehinə 152 ölkə səs verib, iki ölkə əleyhinə çıxıb, yeddi ölkə isə bitərəq qalıb.
Komitənin seneqallı sədri tərəfindən təqdim olunan qətnamə layihəsi 2006-cı ildən formalaşmış konsensus ənənəsinə uyğun olaraq, adətən səsvermə keçirilmədən qəbul edilir. Lakin bu il ABŞ nümayəndə heyətinin son anda Dördüncü Komitəyə təqdim olunmuş 23 qətnamə layihəsinin hamısının səsverməyə çıxarılmasını tələb etməsi səbəbindən sənəd üzrə səsvermə keçirilib.
Qətnamədə Mərakeşin suverenliyi çərçivəsində həll yolu üçün Mərakeşin Muxtariyyət Təşəbbüsünü əsas kimi qəbul edən BMT Təhlükəsizlik Şurasının 2797 saylı qətnaməsi bir daha təsdiqlənir. Həmçinin dörd tərəfin – Mərakeş, Əlcəzair, Mavritaniya və “Polisario” cəbhəsinin məsuliyyəti vurğulanır, onlar siyasi prosesdə xoş niyyətlə iştirak etməyə çağırılır.
2797 saylı qətnaməyə istinad xüsusi əhəmiyyət daşıyır. Belə ki, həmin sənəd 2025-ci il oktyabrın 31-də BMT Baş Assambleyasının Dördüncü Komitəsində Mərakeş Saharası məsələsinə dair illik müzakirələrdən sonra qəbul edilib. Bununla da sözügedən qətnamə ilk dəfə olaraq Komitənin bu il qəbul etdiyi sənəddə nəzərə alınıb.








