#Dünya

Ukraynada dəmir yolu stansiyası vurulub – 13 ölü, 10 yaralı

Rusiya ordusunun Ukraynanın Dnepr şəhərindəki əsas dəmir yolu stansiyasına vurub. 

Xəbər Experti xəbər verir ki, hücum nəticəsində 13 nəfər ölüb, 10 nəfər yaralanıb.

Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.

“Ruslar dron vasitəsilə sərnişin qatarının dayandığı platformaya hücum ediblər. Təəssüf ki, indiyə qədər 13 nəfər ölüb. Onların ailələrinə və yaxınlarına başsağlığı verirəm. 10 nəfər də yaralanıb. Hadisə yerində bütün zəruri təcili yardım xidmətləri işləyir”, – deyə Zelenski bildirib.

Leave a comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir