Netanyahu İordan çayının qərb sahilində böyük əməliyyatın keçiriləcəyini açıqlayıb
“İsrail İordan çayının qərb sahilində genişmiqyaslı hərbi əməliyyat keçirməyə hazırlaşır”.
Xəbər Experti xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu bildirib.
Onun sözlərinə görə, bu, ölkənin İordan çayının qərb sahilinə nəzarət etməyə başladığı 1967-ci il altıgünlük müharibədən bəri ən böyük əməliyyat olacaq.
“İsrailin müdafiə naziri İsrael Kats və mən Yəhudeya və Samariyada (İsrailin İordan çayının qərb sahilinə verdiyi ad – red.) ordunun çox genişmiqyaslı əməliyyatının planlaşdırılmasına nəzarət etmişik. Altıgünlük müharibədən bəri belə miqyaslı əməliyyat olmayıb. İsrail Müdafiə Ordusu onu keçirməyə hazırdır. Vaxtını müəyyənləşdirəcəyik, lakin əməliyyat tezliklə baş tutacaq”, – Netanyahu bildirib.










