#Dünya

Hindistanda iki başlı körpə doğulub

Odişa ştatında tibbdə nadir hallarda rast gəlinən iki başlı körpə doğulub.

Xəbər Experti xarici KİV-ə istinadən xəbər verir ki, vaxtından əvvəl – 32 həftəliyində dünyaya gələn və 2,25 kq çəkisi olan oğlan Berhampur şəhər xəstəxanasında küvəzə yerləşdirilib.

Həkimlərin fikrincə, bu cür hallar disefaliya – rüşeymin inkişafı zamanı baş verən genetik-embrioloji pozuntu nəticəsində yaranır. 

Qeyd edək ki, belə körpələri həyatda saxlamaq çətin olur və onların yaşaması daxili orqanların sağlamlığından çox asılıdır.

Leave a comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir