Səudiyyə Ərəbistanı husilərin iki raketini məhv edib
“Səudiyyə Ərəbistanı tərəfindən husilərə məxsus iki qanadlı raket havada zərərsizləşdirilib”.
Xəbər Experti xəbər verir ki, bu barədə Səudiyyə mətbuatı məlumat yayıb.
Bildirilir ki, raketlərin qalıqlarının Ər-Riyadın yaşayış məhəllələrinə düşməsi nəticəsində dörd nəfər xəsarət alıb, 15 evə isə yüngül ziyan dəyib.
Ölkənin Mülki Müdafiə İdarəsinin məlumatına görə, xəsarət alanlardan ikisi qadın, bir kişi və bir uşaqdır. Qeyd edilib ki, əlaqədar qurumlar bu cür hallarda nəzərdə tutulmuş fövqəladə tədbirləri həyata keçirirlər.










