Ər-Riyad hava limanı vuruldu
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda yerləşən Kral Xalid Hava Limanı yenidən hücumların hədəfinə çevrilib.
Xəbər Experti xarici KİV-ə istinadən xəbər verir ki, hava limanına endirilən zərbələr nəticəsində 4-cü Terminalda yanğın baş verib.
Ərəb Koalisiyasının sözçüsü, general-mayor Turki əl-Maliki sosial media hesabında etdiyi paylaşımda hücumla bağlı məlumatı təsdiqləyib.
O bildirib ki, sərnişin terminalına mərmi düşməsi nəticəsində yanğın baş verib. Əl-Maliki əlavə edib ki, hücumun mənbəyi hələlik müəyyən edilməyib.
Səudiyyə Ərəbistanı Mülki Aviasiya Baş İdarəsi (GACA) hava limanını hədəf alan hücumda 12 nəfərin öldüyünü və 309 nəfərin yaralandığını açıqlayıb.










