Abşeron rayonunun Ceyranbatan qəsəbəsində yerləşən hündürmərtəbəli yaşayış binasında növbəti dəfə yanğın hadisəsi qeydə alınıb.
Məlumata görə, Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar xəttinə daxil olan həyəcan siqnalından dərhal sonra əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin canlı qüvvəsi və texnikası yönləndirilib.
Görülən operativ və təxirəsalınmaz tədbirlər nəticəsində 10 mərtəbəli binanın 9-cu mərtəbəsində yerləşən mənzildə alovlanan yanğın daha geniş sahəyə yayılmadan qısa zamanda məhdudlaşdırılaraq tam söndürülüb. Qeyd edək ki, sözügedən binada bu cür yanğın hadisəsi artıq ikinci dəfədir ki, baş verir.










