Yəmən ordusu paytaxtın azad edilməsi üçün əməliyyata başlayıb
Yəmən Prezident Şurasının sədri Rəşad Məhəmməd əl-Əlimi paytaxt Sənanın və digər ərazilərin azad edilməsi üçün husilərə qarşı genişmiqyaslı əməliyyatın başladığını elan edib.
Xəbər Experti xəbər verir ki, bu barədə o, “X” hesabında yazıb.
“Dövlət institutlarının bərpası, paytaxt Sənanın azad edilməsi və husilərin terrorçu üsyanına son qoyulması məqsədi daşıyan ‘Yəmən şəfəqi’ əməliyyatı başlayıb”, – ölkə lideri bildirib.
Yəmən ordusunun rəsmi nümayəndəsi, polkovnik Macid ən-Nuzeyli də sosial şəbəkə hesabında Yəmən Silahlı Qüvvələrinin paytaxtı husilərindən azad etmək məqsədilə strateji hücum əməliyyatına başladığını yazıb: “Silahlı qüvvələrimiz Sənaya strateji hücum əməliyyatına başlayıb”.
Öz növbəsində, husilərə məxsus “Al Masirah” telekanalı şəhərə Səudiyyə aviasiyasının hava zərbələri endirdiyini bildirib.










