#Dünya

Hörmüz boğazında neft tankeri vurulub

Hörmüz boğazından keçən gəmilərdən biri hücuma məruz qalıb. 

Xəbər Experti xəbər verir ki, bu barədə Böyük Britaniya Dəniz Ticarət Əməliyyatları (UKMTO) məlumat yayıb.

Qeyd olunub ki, neft tankerində yanğın baş verib, lakin heyət üzvlərindən heç kim xəsarət almayıb.

Hazırda hücumun miqyası araşdırılır.

İran mətbuatı isə 2,5 milyon barel tutumlu supertankerin Hörmüz boğazından keçərkən Oman sahillərindən 8 kilometr aralıda vurulduğunu yazıb.

Leave a comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir