İsveçrə Prezidenti istefa verəcəyini açıqlayıb
İsveçrə Prezidenti Gi Parmelen ilin sonunda Federal Şuranı (ölkə hökuməti) tərk edəcəyini açıqlayıb.
Xəbər Experti xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Parmelen mətbuat konfransında deyib ki, xüsusilə geosiyasi çətinliklərin yaşandığı bir dövrdə hökumətin yeni və gənc qüvvələrə ehtiyacı var.
Siyasətçi səlahiyyət müddətinin başa çatacağı 2026-cı ilin sonunda istefa vermək qərarını açıqlayıb.
Siyasətçinin səhhət probleminə görə istefa verəcəyi ilə bağlı uzun müddətdir xəbərlər dolaşırdı. Bununla belə, o, istefasının səbəblərinin səhhəti ilə bağlı olmadığını bildirib.










