#Ölkə

U-20-nin oyunları canlı yayımlanacaq

Qəbələdə təlim-məşq toplanışında olan 20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının yoldaşlıq oyunları canlı yayımlanacaq.

Xəbər Experti-nin məlumatına görə, U-20 millimiz oktyabrın 3-də saat 18:00-da Moldovanın, oktyabrın 6-da saat 16:00-da isə Yaponiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.

Qəbələ şəhər stadionunda keçiriləcək hər iki görüşü “CBC Sport”un YouTube kanalı vasitəsilə izləmək mümkün olacaq.

Leave a comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir