#Futbol

41 yaşlı Ronaldo yenidən milliyə çağırıldı

Portuqaliya millisinin UEFA Millətlər Liqasının 2026/27 mövsümünün qrup mərhələsi üçün heyəti açıqlanıb.

Bu barədə Portuqaliya Futbol Federasiyasına istinadən xəbər yayıb.

Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda çıxış edən 41 yaşlı Kriştiano Ronaldo da yığmaya dəvət olunub.

Beləliklə, DÇ-2026-dan sonra Ronaldonun milli karyerasını başa vura biləcəyinə dair ehtimallar indilikdə özünü doğrultmayıb.

Portuqaliya sentyabr-oktyabr aylarında Millətlər Liqasında Uels, Danimarka və iki dəfə Norveçlə qarşılaşacaq.

Leave a comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir